14 Mart 2017 15:26
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Təranə Qumralın qızına 720 manatlıq alça alması tənqid edilib.

Prodüser Tarix (Tolik) Əliyev və müğənni Şəbnəm Əsədova onu tənqid ediblər. Tolik Təranəyə “səviyyəsiz” deyərək o məbləğlə hansısa ailəyə yardım etməyi tövsiyə edib.

Şəbnəm Əsədova isə yazıb: “Yekəbaşlıq etmək üçün ölürlər. Ay aman, evimdə 720 manatlıq alça var...”

Təranə Qumral Teleqraf.com-a açıqlamasında Tolik və Şəbnəm Əəsədovaya belə cavab verib: “Yazmamışam ki, mən 720 manata alça almışam. O alçanı instaqram səhifəmdə paylaşmışam ki, alça od qiymətinə qalxıb. Media nümayəndələrinin necə yazmasından xəbərimiz yoxdur. Səviyyədən danışırlar. İnsan öncə öz səviyyəsinə baxar, sonra başqaları haqqında danışar. Onların kiminsə haqqında danışmağa haqqı çatırmı? Hələ hər ikisinin bizim səviyyəyə çatmasına böyük zaman lazımdır”.

Aylin


Müəllif:

Oxşar xəbərlər