Təranə Qumralın avtomobilinə həbs qoyula bilər.
Teleqraf.com xəbər verir ki, bunu müğənni Nazəninin vəkili Adəm Məmmədov deyib.
Vəkil sosial şəbəkədə yazdığı statusunda səbəbləri açıqlayıb: “Bir müddət əvvəl Ədliyyə Nazirliyi Nərimanov rayon icra şöbəsi müğənni Nazənin Salayevaya təzminatın ödənməsi üçün borclu müğənni Təranə Qumrala məxsus avtomobilin üzərinə həbs qoyulması haqqında Nərimanov Rayon Məhkəməsinə təqdimat verilib.
Nərimanov rayon icra şöbəsi 4 aydır müğənni Təranə Qumral adlı müğənninin Nazənin xanım və onun həyat yoldaşı Məhəbbət müəllimə mənəvi təzminatın ödənilməsinə dair məhkəmə qətnaməsini icra etmir.
Məhkəmənin qərarına əsasən, Təranə Qumral 3500 manat mənəvi təzminat ödəməli, Nazənin və həyat yoldaşından üzr istəməlidir.
Təranə Qumral dövlətin adından çıxarılmış qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, Təranə Qumral bu günlərdə kilosu 720 manat dəyərində alça aldığını mətbuata açıqlıyıb. Əgər borclu Təranə Qumralın belə maddi imkanı ola-ola pulu ödəmirsə, onun əməlində həm inzibati, həm də cinayət məsuliyyəti var.
Nərimanov rayon icra məmurları Təranə Qumralın əmlaklarına həbs qoymaqla tələbin ödənilməsini təmin edə bilərlər. Onun aldığı və kilosu 720 manat dəyərində olan alçanın üzərinə də həbs qoyula bilərdi”.
Pərvin