Məşhur aparıcılar Nərgiz Məmmədova və Samir Bayramov “Fotonun dediyi” adlı yeni layihəmizin qonağı olublar.
Teleqraf.com layihədə iki məşhurun səmimi görüntüsünü və onların münasibətini təqdim edəcək.
-Çəkinmədən səmimi foto çəkdirdiniz...
Samir Bayramov: Fotolara baxın və deyin ki, sevgilidirlər... Yada düşməsin ki, dostdur, həmkardır, illərdir bir-birini tanıyırlar... Bir səmimi foto görün nələr yaradır.
-Amma biri-birinizə yaraşırsınız...
Samir: Hər ikimiz subayıq. Məni aparcılar Kəmalə Piriyeva və Nərgiz Məmmədova ilə də yaraşdırırlar. Afaq Gəncəli ilə fotosessiyamız olub, amma ağız büzüblər. Yəni yaraşdırmayıblar.
-Samir bəy, Nərgizlə, yoxsa Kəmalə ilə evlənərdiniz?
Samir: Heç biriylə evlənmək istəməzdim. Ağıllı adamlar bunlarla evlənməz (gülür).
Nərgiz Məmmədova: Samir nə deyirsə, onun əksini düşünürəm.
-Sizi tərifləyir, amma evlənmək istəmir...
Nərgiz: Xatırladım ki, şou-biznesdəki qızla evlənmərəm, mini ətəkli qız almaram deyən çox məşhurlar əksini ediblər. Samirin də fikirlərinə normal yanaşıram. Necə deyirsə, elə olsun.
Samir: Mən şou-biznesdən qızla evlənərəm.
Nərgiz: Samirin fikirlərin hörmət edirəm.
Samir: Həm fikrimi dedim, həm də zarafat etdim...
Nərgiz: Samirlə illərdir tanışıq. 10 ildir biri-birimizi tanıyırıq. Sevgi yaransaydı, bu illər ərzində olardı. Gözümüz indi açıldı, mən onu, o da məni gördü? Qətiyyən!
Nə yaxşı ki, mənim Samir kimi dostum var. Allah onu var eləsin. Foto-aparatın, kameranın qarşısında belə, utanmadan, rahat şəkildə Samiri qucaqlayıram. Kimin nə deyəcəyi vecimə deyil. Təki adım Samir kimi gözəl oğlanla çəkilsin.
Rəqsanə
Fotolar: Elçin Murad