3 May 2017 21:14
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rövşanəyə reytinq vermək istəmirəm. Haqqında danışmağım onunçün böyük şərəf olar.

Bu sözləri Teleqraf.com-a açıqlamasında aparıcı Rövşanə Bektaşinin bir sıra məşhurlar haqda iradına münasibət bildirərkən müğənni Nazənin deyib.

İradda adları çəkilən müğənnilər jurnalistin fikirinə çox sərt reaksiya veriblər:

Müğənni Nazənin: “Rövşanəyə reytinq vermək istəmirəm. Haqqında danışmağım onunçün böyük şərəf olar. Sayəmdə yetərli qədər reytinq qazanıb. Məni heç vaxt verilişinə dəvət edə bilməyib, arzusu ürəyində qalıb”.

Nadir Qafarzadə: “Mən qalmaqal yaşımı keçmişəm. Artıq qalmaqallar bitib və mənə elə gəlir ki, məni bu məsələyə qatmaq lazım deyildi. Cavanşir müəllimlə də münasibətim yaxşıdır. Bəlkə Rövşanə xanımın özünün qalmaqal yaratmaq arzusu olub. Çünki aparıcıdan çox şey asılıdır. Sual verib, müğənnilər də cavablandırıb. Qalmaqal özü-özünə yaranmır. Qalmaqalı 90 faiz hallarda aparıcılar yaradır”.

Cavanşir Məmmədov: “Belə söhbətlərlə qurtarmışam və heç kimə cavab vermək istəmirəm”.

Təranə Qumral: “Rövşanə ilə münasibətim yaxşıdır. Bizə savadsız dediyinə inanmıram”.

Qeyd edək ki, tanınmış aparıcı müğənni Nadir Qafarzadə, əməkdar artist Cəvanşir Məmmədov, Nazənin və Təranə Qumralı savadsızlıqda günahlandırıb, məşhurlar arasında baş verən məhkəmə prosesindən danışıb: “Suala normal şəkildə cavab verməyə savadları çatmır. Sual verəndə hər şeyi açıb danışırlar. Sonra da aparıcının üstünə düşürlər”.

Aylin


Müəllif:

Oxşar xəbərlər