6 May 2017 12:47
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ancelina Coli boşanmaq üçün ərizə verdikdən sonra içməyi tərgitdim.

Teleqraf.com xəbər verir ki, bunu GQ jurnalına müsahibəsində Hollivud aktyoru Bred Pit deyib.

“Bizim şərab ehtiyatımız var. Mən şərabı çox, lap çox sevirəm, ancaq təngnəfəs oluram. Mənim şərabdan uzaqlaşmağım üçün bir qədər vaxt lazım idi. Ancaq doğrusunu deyim ki, “dibinə kimi” – peşəkarcasına içməyi bacarıram”.

Aktyor əlavə edib ki, o, spirti quşüzümü şirəsinə və qazlı sulara dəyişməyi bacarıb. Əmin olduğunu bildirib ki, həyatının alkoqol istifadə etdiyi dövrlərinə qayıtmaq istəmir.

Qeyd edək ki, ulduz cütlüyün ayılmasına şəxsi təyyarədə uçduqları vaxt B.Pitin sərxoş olaraq uşaqlarından birini vurması səbəb olmuşdu. Bunun üstündə ər-arvad arasında mübahisə yaranmış, bu mübahisə ötən ilin sentyabrında boşanma ilə nəticələnmişdi.

Səxavət


Müəllif:

Oxşar xəbərlər