1 İyul 2017 15:47
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın məşhur müğənnisi Filipp Kirkorov dünən 5 yaşlı oğlu Martin üçün təmtəraqlı ad günü keçirib.

Teleqraf.com xəbər verir ki, müğənni öz uşaqları ilə əvvəlcə Moskvanın şəhərkənarı istirahət mərkəzində əylənib, az sonra ad günü proqramı Avropada davam edib.

Böyük qızı Alla-Viktoriyanı və Martini götürüb Parisin “Disneyland”ına yola düşən ulduz orda uşaqlarla birgə bütün attraksionlarda əylənib.

Əyləncə zamanı çəkdikləri fotoşəkilləri və videoları isə instaqramda paylaşıb.

Qeyd edək ki, həmin videolar bir neçə saata 100 mindən çox baxış yığıb.


Müəllif: Könül Əlibəyli