Teleqraf.com-un xəbərinə görə, Natavan toyda çəkilişə icazə verməyəcəyini, hətta qonaqlara telefon belə gətirməmələrini tapşırdığını desə də, çoxları onun bu xahişinə əməl etməyib. Qonaqlar sosial şəbəkələrə xeyli foto və video yükləyiblər.
Müğənni gecədə qonaqlar üçün “dress-kod” da qoymuşdu. Belə ki, xanımlar məclisə yaşıl, ağ və qırmızı paltar, kişilər isə ağ və qara kostyum geyinməli idi. Fotolara görə demək olar ki, əksər xanımlar Natavanın sözünü yerə salmayaraq, qırmızı, ağ və yaşıl donlarda təşrif buyurublar. Belə ki, müğənni Səidə Sultan yaşıl və ağ, rəqqasə Fatimə, Lalə Məmmədova, Xuraman Şuşalı qırmızı, Günay İbrahimli ağ rəngli geyimlərdə görünsə də, Aysel Əlizadə krem rəngi, Mədinə Məlik qara rəngə müraciət edib. Fotolara görə, elan olunmuş dress-koddan çıxan da az olmayıb. Ən çox isə kişilər dress-kodu pozaraq, idman üslublu geyimlərə müraciət ediblər. Həmin fotoları sizə təqdim edirik.