Bu sözləri müğənni Ayan Babakişiyeva bu gün İnstaqramda yazıb. Müğənni qızı Selenanın qolu sarıqlı fotosunu paylaşaraq qeyd edib:
“Ay kinli insanlar, İstanbula köçməkdə təbii bir məqsədim var idi ki, öz şəxsi biznesim olsun. Bura müğənniliyin heç bir dəxli yoxdur. Qardaşımla şirkətimizi qurub yaradana qədər nə əziyyətlər çəkdik, bunu heç kim nə bildi, nə gördü. Hər işin cəfası varsa, Allah bir gün səfasını nəsib edir. İndi oturub bəziləri, öz həyatı puç olanlar, ağıllı-ağıllı yazmasın ki, səndə bu qədər pul hardandı? Məni müğənni kimi sevənlər, bəyənənlər, var olun! Nə deyim? Dünən anladım ki, övlad sahibi olmaq asan iş deyil. Allah bütün balaları qorusun. Tanrı heç kəsi əzizləri, sevdikləri ilə sınağa çəkməsin”.