19 Avqust 2017 17:44
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa məkəməsi ABŞ aktyoru Bred Pitt və aktrisa Ancelina Coliyə 568 min avro təzminat ödətdirdi.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, məşhur cütlük təzminatı Odelie Soundanta ödəməlidirlər.

Soundant onların Fransada sahib olduqları qəsrin işıqlandırılmasına cavabdeh şəxsdir.

17-ci əsrə aid olan qəsr Fransanın cənubunda yerləşir. 2014-cü ildə bu qəsrdə evlilik mərasimlərini təşkil edən Hallivud ulduzları dekorativ işıqlandırmanı həyata keçirən Odelie Soundantın pulunu tam verməyiblər.

Toy mərasimində qəsrin 40 otağını və 3 kənar binanı işıqlandıran Soundant pulunu tam ala bilmədiyi üçün məhkəməyə müraciət edib.

Aprelin 19-u baş tutan məhkəmə onun lehinə qərar qəbul etsə də Bred Pitt və Ancelina Culi apelyasiyaya müraciət ediblər. Ancaq apelyasiya da yerli məhkəmənin qərarını təstiq edərək 568 min avro təzminatın ödənilməsinə qərar verib.


Müəllif: Elçin Murad

Oxşar xəbərlər