Xalq artisti Aygün Kazımova “Sus” adlı yeni mahnısına çəkdirdiyi klipindən ilk görüntüləri paylaşıb.
Teleqraf.com xəbər verir ki, “18+” klipdə müğənni yüngül əxlaqlı qadın obrazını canlandırıb.
Aygün Kazımova həmin paylaşıma bu şərhi əlavə edib:
“Bu da yeni oyun. Və dəyişilməyən oyunçu - sizin Aygün. Tezliklə, “Sus””.
Görüntülər sosial şəbəkədə birmənalı qarşılanmayıb.