Əməkdar artist Röya Ayxanın İnstaqramdakı paylaşımı başına bəla olub.
Teleqraf.com xəbər verir ki, oğlu Hüseynlə birgə fotosunu paylaşan müğənni şəklə: “Mənim ürəyim. Min kərə maşallah” sözlərini yazıb.
Qısa müddətdə fotonu 22 mindən çox istifadəçi bəyənib, amma yazılan şərhlərdə tənqid də olub. Röyanın oğlu ilə dekolteli geyimdə şəkil paylaşması izləyicilərə xoş gəlməyib.
Əməkdar artist daha sonra İnstaqram hesabının şərh bölməsini bağlamaq məcburiyyətində qalıb, oğlunun ilk tədris günündən fotolar paylaşıb və qeyd edib:
“Bundan sonra fikirlərinizi yazmaq mümkün olmayacaq. Hamıya şamil etmirəm, amma axmaqlar gündən-günə çoxalır. Mentalitetdən dəm vuranlar, arada bir özünüzə də baxın. Analar və atalar, Allah bizim əziyyətimizi yerdə qoymasın, 3-cü sinfə də belə başladıq”.