16 Sentyabr 2017 20:59
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brazilyalı model Adriana Lima türk sevgilisi Mətin Hara ilə Nyu Yorkda görüntülənib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Limanın səhnəyə çıxdığı Nyu York Moda həftəsi mərasimlərindən sonra cütlük birlikdə vaxt keçirir.

Gündəlik geyimləri ilə görüntülənən Lima və Hara küçədə söhbət etdikdən sonar yollarını davam ediblər.

Qeyd edək ki, Lima ve Mətin Haranın az əvvəl eşq yaşadıqları ortaya çıxmış və dünya mediasının diqqətini çəkmişdi.


Müəllif: Cəmilə