Türkiyəli müğənni Hadisənin “Sıfır Tolerans” mahnısına çəkdirdiyi yeni klipi plagiat çıxıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, açıq-saçıq səhnələrin yer aldığı klipdə amerikalı müğənni Britni Spirsin “Everytime” mahnısına çəkdirdiyi klipdəkinə bənzər səhnələrin yer aldığı iddia olunub.
Qeyd edək ki, Hadisənin “Sıfır Tolerans” mahnısına çəkilən klip 2 gün ərzində Yutubda 2 milyon 600 min dəfə izlənib.