1 Dekabr 2017 19:17
4 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı dekabrın 8-dən 12-dək Parisdə keçirilən 30-cu “Best Model of The World- 2017” (“Dünyanın ən gözəl modeli-2017”) yarışında model Elxan Huseyn təmsil edəcək.

Teleqraf.com xəbər verir ki, bu haqda rəsmi məlumatı layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev yayıb: "Təmsilçilərimizi təbrik edirəm. O, hazırda beynəlxalq müsabiqəyə ciddi şəkildə hazırlaşır. Təmsilçimizin fotoları ilə tanış olan müsabiqənin prezidenti Erkan Özərman onu yüksək qiymətləndirib. Təmsilçimizin boyu 193 santimetr, yaşı isə 20-dir. Yaxın günlərdə ölkəmizi təmsil edən xanım modeli də təqdim edəcəyik”.

Qeyd edək ki, Elxan Hüseyn 1197-ci il iyulun 9-da Masallı rayonunda anadan olub. Ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetinin biznes və menecment fakültəsinin 4-cü kurs tələbəsidir. 2014-cü ildən professional modelliklə məşğuldur.


Müəllif: Şəfiqə