27 Yanvar 2018 13:42
2 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı müğənni Zenfira İbrahimova Türkiyə restoranlarının birində İbrahim Tatlısəs üçün oxuduğu mahnı sosial şəbəkələrin gündəminə çevrilib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, müğənninin oxuduğu mahnı İbrahim Tatlısəsi ağladıb.

Videodan sonra Zenfira İbrahimova Şou TV-də yayımlanan “Seda Sayanla” verilişinin qonağı olub.

Müğənni 25 illik arzusunun reallaşdığını bildirib: “Kiçik vaxtlarımdan İbrahim Tatlısəsin “İnsanlar” mahnısın dinləmişəm. Hər zaman İstanbula gəlib-gedirdim, amma onula rastlaşmadım. Nəhayət, qohumum vasitəsilə onunla görüşdüm. İzmirə getdim, bir gün gözlədim.

İbrahim bəyi görəndə ağladım. O da kövrəldi. Məni pəncərədən gördü, görüşdük və yanında oturdum. Oğluma onun adını qoyduğumu dedim. Yeddi qurban demişdim, birini onun icazəsi ilə orada kəsdim. Tatlısəs də qurbanın ciyərini yedi”.

Zenfira İbrahimova proqramda tarzən Humay Qədimovanın müşayiəti ilə Azərbaycan mahnıları da səsələndirib.


Müəllif: Cəmilə

Oxşar xəbərlər