Hollivudun ən gözəl qadınlarından olan Demi Mur və məşhur aktyoru Brus Uillisin qızı hərəkətləri ilə hər kəsi təccübləndirməkdə davam edir
Qeyri-etik hərəkətləri ilə daima diqqət mərkəzində olan 20 yaşlı Tallula Uillis sonuncu müsahibəsində maraqlı açıqlamalar verib. O, bildirib ki, uşaq yaşlarından öz bədən quruluşundan zəhləsi gedir. Hər zaman qapalı gəzməyə vərdiş edən Tallula bir neçə aydır ki, açıq-saçıq geyimləri ilə cəmiyyət arasına çıxır.
Demi Mur və Uillisin kiçik qızları internet portala müsahibə verərkən yaşadığı dismorfiya (insanın bədəninin hər-hansı bir hissəsindən və ya bütovlükdə özündən xoşu gəlməməsi) xəstəliyindən, psixi pozğunluğundan bəhs edib:
“13 yaşım olarkən lazımsız, axmaq məlumatlar oxuduqdan sonra düşünməyə başladım ki, mən eybəcərəm. Yaxınlarımın xətrimə dəyməmək üçün hər zaman mənə yalan danışacaqlarını düşünərək kənar insanlara inanırdım. Bədənimdən zəhləm getdiyi üçün sinə və omba hissəmə həcm qatan geyimlərdən istifadə edirdim”.
Daha sonra o, gözlənilmədən əynində olan paltarlarını çıxardıb. Onun bu hərəkətinin qarşısını valideyinləri də ala bilməyiblər.
/ans press/