6 Mart 2018 18:25
2 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən həyəcandan, stressdən, qorxudan ağladım. Məni hava limanında qarşılayanda çox böyük sürpriz etdilər.

Teleqraf.com xəbər verir ki, bunu başına gələn zarafatlardan danışarkən Cəmilə Tağızadə deyib.

O, çox pis vəziyyətdə olduğunu bildirib:

“Serialda çəkiləndə bacılarım var idi - Günay və Rumiyyə. Məni hava limanında qarşılayanda çox böyük sürpriz etdilər. Mən həyəcandan, stressdən, qorxudan ağladım. O da özüm üçün deyil, Rumiyyə üçün. Dedilər ki, Rumiyyəni götürüb aparıblar, vəziyyəti çox pisdir. O dərəcədə pisdir ki, biz Rumiyyəni itiririk. Siz mənim halımı təsəvvür edin də. Çox pis vəziyyətdəydim. Bir də gördüm ki, Günayla Rumiyyə gəlir, sağ-salamat, hər şey də yaxşıdır. Düşündüm ki, indi ürəyim partlayacaq.”

Tacir Şahmalıoğlu isə başına gələn 1 aprel zarafatından danışarkən deyib:

“Mənə zəng etdilər ki, maşın yanır. Həmin vaxt yatırdım. Maşında sənədlər, bir az da pul var idi. Xəbəri eşidən kimi elə bunlar yadıma düşdü. Ay aman, pul getdi, sənədlər yandı. Sonra gördüm ki, uşaqlar gülürlər. Sən demə, 1 aprel zarafatı imiş”.

Roza Zərgərli yeni il qabağı ona göndərilən ismarıcdan təsirləndiyini bildirib:

“Yeni il qabağı mənə mesaj gəlmişdi ki, mən sənə nifrət edirəm, dünyada səni kimi adam görmədim. Bu qədər insafsızlıq, şərəfsizlikmi olar? Bu sözlər yazılmışdı. Çünki sən Şaxta babaya inanmırsan. İlk dəfə oxuyanda çox qorxmuşdum. Çünki həmin mesajı yazan o qədər yaxın bir insan idi ki. Düşündüm ki, axı mən ona nə etmişəm?"

Zarafatın dərəcəsi bəzən o qədər amansız və adamı özündən çıxaran olur ki, insanlar zarafat edəni elə həmin dəqiqə bir qaşıq suda boğmaq istəyirlər.

Xatun müxbirin ona qarşı xoşagəlməz hərəkətindən gileylənib:

“Xanım müxbir var idi. Bir gün çəkilişə gəldim. Çəkilişə gələndə saçımı yığmışdım. Bir telim düşmüşdü üzümə.Tutdu saçımın telini dartdı. Dedim, sən nə edirsən? Çəkiliş qabağı istəmirdim ki,​ əhvalım pozulsun. İstədim onun bütün saçını yolam. Dedi ki, zarafat elədim də. Gəl sən də mənim saçımı dart. Mən onda onun üzünü gördüm.”

Zarafat edənin də, zarafat qurbanının da zövq aldığı, sonda əyləncənin olduğu məqamlar var ki, bu cür xoş zarafatlardan heç kimə əsəb və stress gəlməz.

Nazənin dostunun onu pərt etməsindən danışarkən deyib:

“Bir dəfə məni hava limanına göndəriblər ki, Moksvada toya getməliyik. Biletlər də yazılıb. Getdim, gördüm heç nə yoxdur. Dostum yanımdan çıxdı ki, yaxşı oldu, səni neçə vaxt idi ki, görmürdüm. Amma sözün açığı elə pərt olmuşdum”.

Müğənni Samir Cavadzadənin əməkdar artist Röya Ayxana etdiyi aldadıcı zarafat isə zarafatların ən maraqlısı sayıla bilər.

“Röyaya deyirəm ki, tortun üzərindəkiləri söndürmək olar. O da mənə inanır. Bax bu videoda deyirəm ki, onu söndür. Söndürməyə başlayır. Bu cür zarafatlarımız da olub. Onu söndürmək olmur axı”.

Heyvanlara, hətta onların oyuncaq versiyalarına belə olan fobiya, müğənni Yusif Mustafayevi də bərk qorxuya salıb.

“Cibimə ilanın skletini atıblar. Həyatda ən çox qorxduğum da ilandır. Onda qorxduğum kimi hələ qorxmamışdım”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər