Mən bir neçə dəfə sevmişəm. Öz müəllimimə vurulmuşam. O, elə aşiq olunası bir insan idi.
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Xumar Qədimova “Sənətsevər” verilişində qonaq olarkən deyib.
Hələlik anonsları yayımlanan proqramda müğənni maraqlı məqamlara toxunub: “Həyatımda kiminsə olması mütləq deyil. Amma həm də mütləqdir. Mən bir neçə dəfə sevmişəm. Hətta öz müəllimimə də vurulmuşdum. O elə aşiq olunası bir insan idi.
Kasıb birinə də aşiq ola bilərəm, olmuşam da. Amma bu münasibət yürüyə bilməz”.