27 Aprel 2018 08:27
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı komediya ustası, 80-ci illərin populyar “Kosbi şou” proqramının ulduzu Bill Kosbi məhkəmədə 14 il əvvəl öz evində Andrea Costand adlı qadına həb verərək təcavüz etməkdə günahkar hesab edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Filadelfiyanın Montqomeri məhkəməsində mühakimə olunan Kosbi üçün hər bir şikayətçi üzrə 10 il həbs cəzası istənilib.

Qeyd edək ki, Barbara Bovman adlı qadın da Kosbinin 1985-ci ildə şou seçimlərinə qatılandan sonra ona narkotik tərkibli maddə verərək zorladığını bildirmişdi.

Bir müddət öncə isə Billin Andreanın onunla bağlı şikayət ərizəsinin geri götürməsi üçün 3,4 milyon dollar ödədiyi barədə xəbərlər yayılmışdı.


Müəllif: Kəmalə

Oxşar xəbərlər