İsveçin məşhur pop qrupu ABBA 35 il fasilədən sonra yenidən bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, qrup studiyaya girərək 2 mahnı səsləndirib. Bu barədə ABBA-nın rəsmi İnstaqram səhifəsində yazılıb:
"35 il sonra güclərimizi birləşdirməyin əyləncəli olacağını düşündük və studiyaya girdik. Özümüzü qısa tətildən dönmüş kimi hiss elədik. İki yeni mahnı yazdırdıq. İnanılmaz dərəcədə həzz aldıq".
1970-80-ci illərin məşhur qrupu bu xəbəri ilə sosial şəbəkə izləyicilərini sevindirib.
ABBA-nın yeni mahnısının nə zaman yayımlanacağı isə hələlik bilinmir.