30 May 2018 00:55
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV kanalında “Maşın” realiti-şousunun 16-cı sürəti start götürüb.

Teleqraf.com xəbər verir ki, xalq artisti Murad Dadaşovun “Xanımlar və Cənablar-2” adı altında təqdim etdiyi şouda 9 tanınmış kişi və 9 tanınmış qadın maşın uğrunda mübarizə aparacaq.

Siyahı belədir: Cavidan Novruz (aktyor), Mətanət Əliverdiyeva (aparıcı), Ələkbər Yasamallı (meyxanaçı), Günel Hümbətova (aparıcı), Firuzə Cəlilova (aparıcı), Azər Axşam (aparıcı), Aytən Səfərova (aparıcı), Məcid Hüseynov (aktyor), Hüseyn Əzizoğlu (video-bloqqer), İlhamə Bədəlova (aparıcı), Uran (reper), Rahidə Baxışova (müğənni), Əli Mirəliyev (müğənni), Rühəngiz Allahverdiyeva (müğənni), “Qurd” ləqəbli Fərid İmanov (reper), Pərvin Abıyeva (aktrisa), Abbas Bağırov (müğənni), Roza Zərgərli (müğənni).

Qeyd edək ki, şounun açılışını aparıcı Vüsalə Əlizadə edib.

Verilişdə türkiyəli aparıcı-model Müge Boz qonaq qismində iştirak edib.


Müəllif: Teleqraf.com