ABŞ prezidenti Donald Trump erməni əsilli modeli Kim Kardaşyanın bağışlanmasını istədiyi ömürlük həbs cəzası almış məhkumun cəzasını yüngülləşdirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ağ evin adının açıqlanmasını istəməyən rəsmiləri Trampın 20 ildən çoxdur cəzaçəkmə müəssisəsində olan 63 yaşlı Alis Marie Consonun cəzasının azaltdığını bəyan edib.
Kim Kardaşyan 1996-cı ildə narkotik satıcıları arasında məlumat ötürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilən Alis Marie Consonun bağışlamasını müzakirə etmək üçün ötən həftə Ağ evdə Donald Trampla görüşüb.
Trampın kürəkəni Cared Kuşnerin Kardaşyanla Conson barədə aylardır müzakirə apardığı bildirilirdi.