15 İyun 2018 17:14
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Türkiyənin Antalya şəhərində keçirilən “Dosso Dossi” fəşn şouda baş maneken kimi podiuma çıxan Peris Hiltonun müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəsin heyranı olduğu bəlli olub.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, iyunun əvvəlində “Malasef” mahnısını yenidən ifa edərək, diqqət çəkən Dilan Tatlısəs rəfiqəsinin vasitəçiliyi ilə Peris Hiltonla tanış olub.

Peris Hilton Dilan Tatlısəslə bir araya gələrək söhbətləşib, onu sosial mediada izləməyə başlayıb. Dilan Çıtakın yaxın vaxtlarda Peris Hiltonun Parisdə qonağı olacağı məlum olub.

Dilan Tatlısəs Hiltonun onu sosial şəbəkələrdə izlədiyi və şərhlər yazdığına dair paylaşım edib: “Dünya ulduzlarının bizi sevdiyini deyirəm, başa düşmürlər. Bu gözəl xanımı mənimlə tanış etdiyi üçün Çətin Tazələrə təşəkkür edirəm”.


Müəllif: Kəmalə