Yeni ailə quran türkiyəli müğənni Petek Dinçöz Qurban bayramını Azərbaycanda keçirəcək.
Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, ifaçı oktyabrın 5-də “Şamaxı Rixos Hotel”də konsert verəcək. Bu haqda konsertin təşkilatçısı Nahid Emiloğlu deyib. O, P.Dinçözün orkestri ilə birlikdə gələcəyini bildirib:
“Ön səhnədə müğənni Zarina Məmmədova çıxış edəcək. Petek Dinçözün yeni albomu işıq üzü görüb. Həmin albomun ilk konserti Azərbaycanda olacaq. Çox əyləncəli bir gecə baş tutacaq. Dinçöz maraqlı rəqs şousu göstərəcək. Onunla birlikdə 28 nəfərdən ibarət yaradıcı kollektivi də Şamaxıya gələcək. Onlar arasında maqazin verilişləri də yer alacaq”.