29 İyul 2018 21:54
4 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızı və həyat yoldaşı açıq-saçıq fotolar paylaşan türk rejissor Hamdi Alkan ona yönələn suallara "nə edim, gedib saçlanırı yolum?" deyə cavab verib.

Teleqraf.com xəbər verir ki, Hamdi Alkanın qızı Zeynəb bə arvadı Selen Görgözəl İnstaqramda açıq-saçıq fotolar paylaşmaqda davam edir.

"Posta" qəzetinə açıqlama verən Hamdi Alkan qızının və arvadının paylaşdıqları açıq-saçıq fotolara görə təhqirə məruz qalır: "Bunlar mənim vecimə deyil. Kimsə kimsəni maraqlandırmamalıdır. Selen hovuza uyğun paltarda girir, başqa paltarla girə bilməz.Kim istəsə bununla bağlı fotolarını paylaşar, istəməyən yox. Qadın idman edir, sağlam görünür. Paylaşdıqları fotoların mesajı da budur. İdman edən ana sağlam görünər. İndi nə edim, gedim onların saçlarını yolum? Belə etsəm xöşbəxt olacaqsınız? Xeyir, bunu etməyəcəm. Dünya yetərincə pisdir".

Rejissor qızına xəbərdarlıq etdiyini də xatırladıb: "Zeynəbə deyirəm ki, həddi aşma. Çünki ölçünü aşdığın zaman ucuz vasitə olacaqsan. İstəyirəm işilə məşğul olsun. Hər zaman yanında oldum. Gözəl və istedadlıdır. Hazırda yutubda kanal açmağı planlaşdırır. Çox qeyrətlidir. Etdiklərində pis niyyət yoxdur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər