1 ildir Dubayda yoxa çıxan Hacıyev Elçin Elşad oğlu ilə bağlı Birləşmiş Ərəb Əmirliyinə qədər gedib axtarışlar aparan Xoşqədəm Hidayətqızının həyatı təhülkədədir.
Teleqraf.com-un məlumatına görə, aparıcı “Səni axtarıram” verilişində bildirib ki, ölümlə təhdid olunur.
Aparıcı bildirib ki, Elçinin yoxa çıxmağında böyük bir dəstənin əli var: "Bu məsələyə görə başım dərddəir. Mənə hədə-qorxu gəlirlər. Mənim başıma bir iş gəlsə... Əslində, özüm üçün qorxmuram. Qorxsaydım, buradan açıq-açıq danışmazdım. İki körpə balam var, mən onlar üçün qorxuram. Onlarsız yaşaya bilmərəm.
Buradan hüquq-mühafizə orqanlarına müraciət edirəm. Mənim həyatım təhlükədədir. Əgər başıma bir iş gəlsə, bu insanlardan bilin".