Azərbaycanlı oriental rəqqasə Aytən şəxsi həyatından danışıb.
Teleqraf.com-a açıqlama verən rəqqasə bildirib ki, o, nikahdan kənar övlad dünyaya gətirə bilər:
“Sevdiyim şəxsdən nikahdankənar övlad dünyaya gətirə bilərəm. Amma evli olmamalıdır. Yəni evli bir insanı mən paylaşa bilmərəm”.
Aytən daha sonra bildirib ki, gələcəkdə övladlığa uşaq da götürə bilər: “Əgər ailə qurandan sonra övladım olmasa, övladlığa uşaq götürərəm. 50-60 yaşında qadınlar var ki, bu yaşa qədər övladları olmayıb.
Onlara sual vermişəm ki, niyə övladlığa uşaq götürməmisiniz? Onları daim qınamışam. Mən buna pis baxmıram. Əksinə onu öz övladımdan da çox sevərəm”.