23 Oktyabr 2018 14:10
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şou-biznesdə başına tac qoyan məşhurlar sırasına müğənni Xuraman Şuşalı da qoşulub.

Teleqraf.com-un məlumatına görə, başına tac qoyan ifaçı yeni fotosessiya da etdirib.

O bildirib ki, Azərbaycanda xınalar şahzadəsidir: “Bu adı mənə xalq verib. Xalq düşünür ki, xınaların şahzadəsi Xuramandır, demək, həqiqətən elədir”.

Qeyd edək ki, mərhum xalq artisti İlhamə Quliyeva sağ olanda şou aləmində heç kim başına tac qoya bilməzdi. Hətta o zamanlarda Azəri Günel Zeynalovanın başına tac qoyması Primadonanı özündən çıxarmışdı. Xalq artistinin vəfatından sonra prodüser Tolik ( Tarix Əliyev ) müğənnilərdən Nazpəri Dostəliyevanın, Damlanın və Faiq Ağayevin başına tac qoyub.

Müğənni Elnarə Xəlilova da tac qoyan məşhurlardandır.


Müəllif: Aygül Qarayeva