24 Avqust 2014 21:17
3 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın Antioquia əyalətinin gözəli 21 yaşlı Paola Builes Aristazabalın tacı əlindən alınıb.

Teleqraf.com-un axşam.az-a istinadən xəbərinə görə, buna səbəb avqustun 10-da gözəl seçilən Paolanın lüt fotolarını sosial şəbəkədə paylaşması olub.

Şok olduğunu deyən gözəl başqa iştirakçıların da lüt şəkillərinin olduğunu, amma heç birinin belə hadisə ilə qarşılaşmadığını iddia edib. O, eyni zamanda fotoların 2 il əvvəl çəkildiyini bildirib. Buna baxmayaraq Builesin tacı əlindən alınaraq, müsabiqədə ikinci olan Natalia Oçoa Kalleyə verilib.
















"Miss Antioqua" adını qazanan Natalia əyalətini dünyada baş tutacaq gözəllik yarışmasında təmsil etmək şansı qazanıb.


Müəllif: