Müğənni Nadir Qafarzadə böyük oğlu Loğman barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “Show news” verilişində bildirib ki, oğluna elçi düşənlər olub:
“Artıq oğlumun sayəsində məşhur olmağa başlayıram. Çox yazırlar. Azərbaycanda Hindistan adət-ənənəsi başlayıb. Qızlar oğlana elçi düşürlər. Sakit olun, onsuz da bir nəfər olacaq. Kimin bəxtinə düşəcəksə, düşəcək. Mən gənc vaxtımda baba və qayınata olmaq istəyirəm”.
Qeyd edək ki, Nadir Qafarzadənin Loğmandan başqa Əziz adlı bir oğlu da var.