23 Noyabr 2018 15:28
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix Əliyev (Tolik) ilk dəfə həmkarı Təranə Səmədovanın həbsdə olmasından danışıb.

Teleqraf.com-un məlumatına görə, prodüser "Hər şey daxil" verilişində bildirib ki, Təranəyə övladına görə yazığı gəlir:

"Heç vaxt Təranə haqda danışmamışam, danışmayacam da.

Təranəyə qətiyyən acımıram. Amma onun qızına...

Balaca qıza məktəbdə deyirlər, ananı tutublar. Mağazaya gedəndə deyirlər, filankəsin qızıdır. Bu ona ölümdür. Bizim etdiklərimizə görə, uşaqlarımız, valideynlərimiz qınanılmamalıdır. Mənə görə atama da nələr yazırlar".

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər