“İlin favoriti” mükafatının təqdimat mərasimi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, ilin xarizmatik müğənnisi seçilən Yaşar Cəlilovun “Ulduzlu gecə” mahnısı “İlin uğurlu mahnısı” nominasiyasında mükafata layiq görülüb. Teleaparıcı Vüsalə Kərimova isə “İlin televiziya aparıcısı” nominasiyasında seçilənlərdən olub.
“İlin favoriti” mükafatının digər sahibləri sırasında əməkdar artist Aybəniz Haşımova, müğənnilər Kərim Abbasov, “Səmum” qurpu, Sevinc Ağaşirinova, türkiyəli vokalçı Oya Ergün, bəstəkar Sevinc Tofiqqızı, rəqqasə Fatimə Fətəliyeva, teleaparıcı Vüsalə Əlizadə və başqaları da olub.
Tədbir musiqili proqramla davam edib.
Xatırladaq ki, “Show production”ın təşkil etdiyi “İlin favoriti” mükafatı mədəniyyət, incəsənət, KİV və biznes sahəsində uğurları ilə seçilən insanlara təqdim edilir.
Pərvin