“Maşın şou”nun növbəti buraxılışı da qalmaqalsız ötüşməyib.
Teleqraf.com xəbər verir ki, bu dəfə aktyor-aparıcı Sərxan Kərəmoğlu ilə reper Ramil Nabran üz-üzə gəlib.
Sərxanın ötən gün hədəf olan Aydan Axundovanın şəklini atması mübahisə yaradıb. Kərəmoğlu şəkli bilmədən atdığını söyləyib:
"Heç vaxt tamaşaçıların rəğbətini qazanmadan getməmişəm. Şokolad yedim, gözlərim çəp gördü, şəkli səhv atdım. Ramil mənimlə bağlı olan söhbətlərdə danışmasın. Sözümü kəsməsin".
"Səni deyib yollayıblar ora, biz axmaq deyilik. 3-4 şokolad yedin, təzyiqin oynadı, şəkli səhv saldın?", deyən Ramilin sözləri qarşı tərəfi özündən çıxarıb.
"Mənə şər atırsan, hislərimlə oynayırsan. Burada özünüzü mehriban düşmən kimi göstərməyin", deyən Sərxana Ramil "Buradan səni yola salmaq istəyirəm" cavabını verib.