Azərbaycanın xalq artisti Faiq Ağayevin sosial şəbəkədəki paylaşımı izləyicilərinin marağına səbəb olub.
Teleqraf.com xəbər verir ki, sənətçi 24 il əvvəl çəkdirdiyi klipin hələ də aktuallığını qoruduğunu deyib.
Söhbət sözləri Sabir Rüstəmxanlıya, musiqisi Gülər Həsənovaya məxsus “Səni əvəz eləmir” mahnısına çəkilmiş klipdən gedir:
“1995-ci ilin mahnısı… Aradan 24 il keçib, amma hələ də aktualdır. Nə xoş mənə”.
Faiq Ağayev qeyd edib ki, mahnı ona təqdim ediləndə musiqi müəllifinin cəmi 14-15 yaşı olub.
Həmin klipi təqdim edirik: