7 Fevral 2019 11:19
2 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yolda hamının nəzərləri üstümdə idi. Satdım, gedib oğluma ikiotaqlı ev aldım. Bahalı maşınların arzusundayam, amma ona qaçmıram. Deyirəm, ona pul verməkdənsə oğullarıma gün ağlayım: torpaq, bağ alım".

Teleqraf.com-un məlumatına görə, bu sözləri Nadir Qafarzadə aparıcı Tolikin "Tarix Əliyev ilə səmimi" layihəsinin qonağı olarkən deyib.

İfaçı Türkiyədəki evini satdığını etiraf edib: "Övladımın təhsilinə görə satdım. "Maserati" aldım, 70 min dollara idi. Onu da satdım, başım ağrıdı. Bir gün saxladılar, nələrsə oldu. Şikayət etmədim, mənə qayıtdı ki, "sən belə qudurmusan "Maserati" sürürsən?" Dedim, xalqın mənə verdiyi dəyərdir, bəs sən nəylə almısan? Axı sizin maaşınızı da bilirəm".

Qeyd edək ki, Nadir Türkiyədəki evini 300 min dollara aldığını söyləmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər