Əməkdar artist Elza Seyidcahan şou-biznes nümayəndələri ilə qalmaqal yaşayıb.
Teleqraf.com-un məlumatına görə, müğənninin şou-biznes əhlinə ünvanladığı "Yaxşılıq bacarmırlarsa, pislik etməsinlər. Başlarını donuz kimi aşağı salıb, yeməklərini yeyib, yatsınlar" sözlərinə ifaçılar "Şou news" verilişində cavab veriblər.
Nazilə Səfərli "Bəs bu donuzun yemini kim versin, nə yesin bu heyvan? Donuz pis heyvandır, bizə yaraşmır. Durum Elza ilə dava edim?" sözlərini söyləyib.
Fatimə Fətəliyeva isə "İndiyənə kimi donuz ətinin dadına baxmamışam, iyrənirəm. Elza xanım, xahiş edirəm bizi donuza oxşatmayın. Donuz elə donuzdur" cavabını deyib.
"Allahın yazdığından başqa heç nəyə inanmıram. İstəyir Elza xanım yox, Maykl Cekson olsun. Hətta falçılara da inanmıram. Donuz Allahın sevmədiyi heyvandır, Elza xanımın onunla münasibəti yaxşıdırsa, bir söz deyə bilmərəm" deyə, Hüseyn Məhəmmədoğlu bildirib.
Xatun Əliyeva isə bunu təhqir kimi qarşılayıb:
"Elza deyib? Yaraşdırmadım... Kim özünə götürürsə, götürsün. Mənə aid deyil".
"Elza xanım yəqin onu deyəndə məni nəzərə almayıb. Mənim yatmağıma hələ çox var. Ağıllı qadındır, bilir kimə deyib. Təzə şeir partdatsın, vaxtıdır" sözləri ilə Fərda Xudaverdiyev fikir bildirib.
Elməddin Cəfərov isə "Arzunun içində öz var? Elza xanımın özünə arzulayıram. Məni donuzla birləşdirən nəsə yoxdur. Bilirəm ki, niyyəti pis olmayıb. Amma istəmirəm elə arzunu" deyərək, etirazını gizlətməyib.
"Cavab vermirəm. Nə deməkdir donuz kimi yeyib, yatsınlar?" deyərək, Rahidə Baxışova fikir bildirməkdən qaçıb.