Müğənni Türkan Vəlizadə sosial şəbəkələrdə adına saxta intim videosu yayılan həmkarı Damlanı müdafiə edib.
Teleqraf.com xəbər verir ki, sənətçi bu barədə özünün İnstaqram hesabında yazıb.
Damlanın fotosunu paylaşan Türkan qeyd edib:
“Mən belə fikirləşirəm ki, bu sənətdə ucaldıqca adamın ayaqlarından dartırlar. Özüm də bunu gördüyüm üçün deyirəm. Bu gün gördüm ki, Damla haqda xoşagəlməz video paylaşırlar. Amma vallah çox ayıbdır, belə olmaz.
Ən azı o, bir anadır və özünə hörmət edən xanımdır. Şərəfsiz olmayın, insaflı olun. Damla, sən də boş şeylərə inanmayın. Mən inanıram ki, sizə qarşı atılmış bu addım doğru deyil, heç nəyə fikir vermə, yalnız irəli”.