Hər gün özünün ilginc fotoları və video-görüntüləri ilə gündəmə damğa vuran müğənni Afaq Aslan bu dəfə fəlsəfədən danışıb.
Teleqraf.com xəbər verir ki, bir neçə gün əvvəl estetik əməliyyatla sinəsini böyüdən sənətçi qadınlarla gözəl görünməyin fəlsəfi və tibbi tərəflərini açıqlayıb.
O, bu barədə özünün İnstaqram hesabında yazıb:
“Estetika - hisslər haqqında elm deməkdir. Bir termin kimi ilk dəfə XVIII əsrdə alman filosofu Aleksandr Baumharten tərəfindən işlədilib. Estetika fəlsəfi təfəkkürün bir qolu kimi öz mənşəyini uzaq keçmişdən alır və XVIII əsrə qədər hüsniyyat, gözəllik elmi adı ilə öyrənilir. Estetikanın bizə məlum olan 2500 illik tarixi var.
Gözəllik və qüsursuzluq aşiqi olan bir insan kimi onu vurğulaya bilərəm ki, hər bir qadın özündə olan xırda qüsurları savadlı ve peşəkar həkimlərimizin sayəsində aradan qaldırmağa cəhd edərsə, özgüvəni daha da möhkəmlənmiş və olduğundan gözəl, qüsursuz görünüşə qouşmuş olar”.