22 Fevral 2019 11:24
3 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə adına saxta intim video yayılmım müğənni Damlanı müdafiə edənlər karvanına teleaparıcı Vüsalə Əlizadə də qoşulub.

Teleqraf.com xəbər verir ki, bu barədə özünün İnstaqram hesabında yazan aparıcı sənətçiyə qarşı atılmış addımı kəskin tənqid edib.

Vüsalə Əlizadə məlum paylaşımında bildirib:

“Bu paylaşımı gördüyüm andan özümə gələ bilmirəm, çox üzr istəyirəm böyüklərdən, məni üzrlü hesab edin, hisslərimi cilovlamağa çalışıram, amma olmur. Deyək ki,bu xanım heç müğənni deyil, məşhur deyil, kiminsə övladı, bacısı, qızı və ən əsası Azərbaycanın gələcək əsgərinin anasıdır.

Ay binamus, ay anasını, atasını tanımıyan! Bu yalanı etdin, bəs indi yuxuya gedə bilmirsənmi, içindəki bədbəxtlik səni niyə öldürmür, ay qeyrətsiz? Heçmi qorxun yoxdur yaradandan?

Onun oğul balası məktəbə gedir, həmyaşıdları dostları arasına çıxır ,Allah sənin ağlını alıb özünə qəsd edəcək qədər zülm versin. İnsan hayasız, ləçər olmayanda, bəzi üzsüzlər kimi abırsız olmayanda belə edirlər? Bu gün Damla susdu, bes Allah? Evində heç qız, qadın xeylağı yoxdur?Allah bildiyi kimi etsin səni, inşallah.

Damlayla çox yaxın münasibətim yoxdur, ildə-ayda toyda tədbirdə görərəm, sadəcə çox böyük hörmətim var.

Kaş ki, müğənniciklərin çoxu ondan abır- həya öyrənə, gah sevgili damğası vurdunuz, gah belə iyrənclik etdiniz. Bunu böyük hərflərlə başlıq edən saytlar, bəs siz,heç utanmadız? Allahdan qorxun, hər kəs bir yaradana hesab verəcək.

Damla, sən möhkəm qadınsan. Əzizim sadəcə Allahına sığın, bir bacı kimi hər zaman yanındayam”.


Müəllif: Mənsur Rəğbətoğlu