1 Mart 2019 12:34
1 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni klipinin təqdimatında Kərim Renka ilə yataq görüntülərindən danışıb.

Teleqraf.com xəbər verir ki, ARB TV-nin “Show news” proqramının budəfəki qonağı müğənni Kərim Abbasov açıq-saçıq səhnələrə görə həyat yoldaşından icazə aldığını deyib:

“Yoldaşım çox qısqanc adamdır. 9 il səbr edib onun razılığını almaq hər kişinin işi deyil. Onun razılığından sonra oldu. Dedi ki, sənə inanıram, get nə istəyirsən elə. Klipdə heç bir öpüşmə səhnəsi olmayıb. Çox insanlar deyir ki, Kərimin ailəsi dağıldı, Renka ailə dağıdandır. Aramızda heç nə yoxdur”.

Belə ki, yataq səhnələrinə görə qınanan Renka isə mənfi rəylərə fikir vermədiyini bildirib:

“Mən heç birini oxumuram, vecimə də deyil. Heç bir qonorar almamışam. Ölüb yerə girərəm. Onda biz niyə dostluq edirik ki?”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər