Son günlərdə əri, müğənni Kənan Doğuludan boşanma iddiaları ilə gündəmi zəbt edən aktrisa Beren Saatın yeni paylaşımı izləyicilərini qəzəbləndirib.
Teleqraf.com xəbər verir ki, o, keçmiş sevgilisi ilə fotosunu ürək smayliki ilə paylaşıb.
Berenin bu hərəkəti sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Onların bəziləri Berenin ərinə hörmətsizlik etdiyini bildiriblər.
Qeyd edək ki, aktrisanın keçmiş sevgilisi yol qəzasında vəfat edib.