Belarusdan olan münsiflər “Avroviziya” mahnı müsabiqəsinin finalından uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Eurovoix" məlumat yayıb.
Bildirilir ki, müvafiq qərarı Avropa Yayım İttifaqı qəbul edib. Səbəb kimi münsiflər heyətinin verdiyi qiymətlərin elan olunması göstərilir.
Jüri üzvləri jurnalistlərə birinci yarımfinalda kimə səs verdiklərini açıqlayıblar. Halbuki qaydalara görə, bu cür detalların finaladək açıqlanması qadağandır.
Belarusun ballarının necə bölünəcəyi tamaşaçı səsverməsinin yekunlarına əsasən müəyyən ediləcək.
Qeyd edək ki, yarışmada Belarusu 16 yaşlı Zina Kupriyanoviç təmsil edir.