23 May 2019 12:13
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir ana ola bilməyən Aktrisa Fidan Axundova bu haqda danışarkən, göz yaşlarını saxlaya bilməyib. Aparıcı Zaur Baxşəliyev ona süni mayalanma ilə ana olmağı məsləhət görüb.

Teleqraf.com-un məlumatına görə, aktrisa "Bizimləsən" verilişində qonağı olarkən bu barədə deyib:

"Düşünürəm ki, Aydanın (bacısı, aktrisa Aydan Axundova - red.) olsun, mən baxaram. Artıq gecdir, yaş keçib. Mənim çəkdiyim yükü bilirsiniz. Bundan sonra o, qayğını yenidən çəkmək ağır gəlir. Övlad gözəl nemətdir. Aydandan bəllidir ki, necə məsuliyyətliyəm. Qorxuram ki, birdən ömrüm çatmaz.

Bir vaxtlar çox istəyirdim, arxasınca getdim. Amma gördüm ki, alınmadı, mən də geri çəkildim. 40 yaşımdan sonra isə gördüm istəmirəm. Amma hiss edirəm ki, getsəm, olacaq" deyərək, Fidan ağlayıb.

Aktrisa daha sonra aparıcının təklifi ilə razılaşaraq, həkimə gedib, süni mayalanma etdirəcəyini deyib.


Müəllif: Teleqraf.com