Türkiyənin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Türk dili Şözlü Musiqi Festivalında 22 ölkə iştirak edəcək.
Bu barədə Teleqraf.com-a TRT-nin Bakı nümayəndəliyindən məlumat verilib. Türk dünyasından gələn 22 ölkənin məşhur sənətçiləri, öz ölkələrində tanınan mahnılarını bu dəfə türk dilində səsləndirəcəklər.
Dənizli Böyükşəhər Bələdiyyəsi, Dənizli Valiliyi və TRT-nin birgə təşkil etdiyi festival, 10, 11 və 12 Sentyabr tarixində şəhər konsertləriylə başlayır. Festivalın Gala gecəsi isə 13 Sentyabrda TRT Müzik kanalında canlı yayınlanacaq. 10 Sentyabırda isə TRT Müzik kanalında efirə gedən “Egeden Ezgiler” proqramı Dənizli Delikliçınar Meydanından canlı yayım həyata keçirəcək. Sentyabırın 11-də açıq hava teatrında çıxış edəcək 11 ölkə sənətçisinə İzmir və Ankara Radiosu sənətçilərindən Əli Çakar və Zeynəb Cihan da müşayət edəcək. Burada qonaq ölkələr öz dillərində mahnılar ifa edəcəklər. 12 sentyabr tarixində İncilipınar Meydanından keçiriləcək konsertdə isə İzmir və Ankara radiosu sənətçilərindən Makbule Kaya və Şehmus Esenkuş iştirakçılarla eyni səhnəni paylaşacaq. Eyni zamanda proqramlarda TRT xalq rəqsləri qrupu və Dənizli xalq rəqsləri qrupu da iştirak edəcək. 13 Sentyabır tarixində isə 22 ölkə sənətçisi Pamukkale Antik Teatrinda Türk dilində mahnılar ifa edəcəklər.
Gecənin finalında isə Rafet el Roman Ezo canlı performansla izləyənlərə xoş anlar bəxş edəcək. Gala gecəsi TRT Musiqi kanalında canlı olaraq yayınlanacaq.
Naibə