18 İyun 2019 11:35
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə aktiv fəaliyyət göstərən müğənni Dilarə Kazımova yenə diqqət mərkəzinə düşüb.

Teleqraf.com xəbər verir ki, müğənninin İnstaqram səhifəsində paylaşdığı foto qısa vaxtda on minlərlə izləyicisinin diqqətini çəkib.

Dilarənin foto üzərindəki qeydləri də birmənalı qarşılanmayıb:

“Düz edirsən?”, “Məqsədinə çatmaq üçün əlindən gələn hər şeyi etdinmi?”, “Doğru yolla gedirsən?” – bunlar özümə verdiyim suallardan bir neçəsidir.

Nümunəvi insan olmaq istəyirəm, hər şeyi doğru etməyə və dürüst olmağa çalışıram. Bu kainatda çox kiçik hissəciyik və bunu dərk etmədən özümüzü o qədər əhəmiyyətli zənn edirik ki...

Məncə, mənəvi problemlər buradan başlayır. Bu problemlər içində itməmək üçün özümlə daim sual-cavabdayam”.


Müəllif: Mənsur Rəğbətoğlu