Bakıda keçirilən “Jara” festivalının büdcəsi bəlli olub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası dərc edib.
Bildirib ki, festivalın təsisçisi Xalq artisti Emin Ağalarov bunun üçün 6,5 milyon dollar(11 milyon 28 min 415 manat) xərcləyib.
Festivala 4 gün ərzində 40 minə yaxın tamaşaçı gəlib. Konsertlərdə isə 70-dən çox müğənni çıxış edib.
Konsertdə qonaqları qidalandırmaq üçün 9 min “Jara” enerji içkisi, 1300 ədəd elit səviyyəli şampan şərabı, 1100 ədəd şərab, 250 baş qoyundan istifadə olunub.
Bundan başqa, tədbir üçün 4950 nəfər qeydiyyatdan keçib. Buraya müğənnilər, jurnalistlər və digər yaradıcı heyət daxildir.
Eyni zamanda, vizual görüntülərin daha yaxşı əks olunması üçün 2 ton səhnə avadanlığı, 3 min fişəng, 1 ton buz, 2 litr maye sabun, 30 litr tüstü, 4 litr süni qar, 950 ton səhnə dekorasiyası və 200 monitordan istifadə edilib.