5 Avqust 2019 08:18
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Model Kara Delevin və onun 29 yaşlı sevgilisi, “Sevimli yalançılar” serialının ulduzu Eşli Benson “Little Las Vegas Chapel” kilsəsində evləniblər.

“The Sun”ın yaydığı xəbərə görə, evlilik bu ayın əvvəlində rəsmiləşib.

Mərasimdə Hollivudun məşhur simaları Şaeliz Teron, Jonas və Sofi Turner qardaşıları iştirak ediblər.

Cütlük toy adətini pozaraq, ağ deyil qara libas geyiniblər.

Eşli əlinə çiçək dəstəsi götürüb, ardınca bir-birinə “Hə” deyən qızlar çəhrayı “Cadillac”a əyləşərək fotoqraflar üçün səmimi pozlar veriblər.

Qeyd edək ki, Delevin ilə Benson artıq uzun müddətdir ki, eşq yaşayırlar. Onlar tədbirlərə birlikdə qatılır və münasibətlərini açıq-aydın nümayiş etdirməkdən çəkinmirlər.

/Oxu.az/


Müəllif: Teleqraf.com