Dünya şöhrətli ifaçı Cennifer Lopez ötən günlərdə Antalyada konsert vermişdi.
Teleqraf.com xəbər verir ki, sənətçinin konsertdən aldığı qonorar bəlli olub.
Bildirilir ki, o, səhnəyə çıxmaq üçün bir milyon dollar pul alıb.
Qeyd edək ki, müğənnini ayaq üstdə izləyənlər biletə 7 min lirə, VIP izləyənlər isə 300 min lirə pul ödəyib.