19 Avqust 2019 18:39
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Seren Serengil əri Yaşar İpəklə boşanmağa qərar verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük sosial şəbəkədə bir-birini izləmədən çıxarıb və birlikdə çəkilən bütün fotoları siliblər. Onların boşanma səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, ötən ilin mayında evlənən Seren uşaq sahibi olmaq üçün müalicələrə başlamışdı. Daha əvvəl 3 dəfə övladını itirən sənətçi süni mayalanma ilə dördüncü dəfə hamilə qalıb. Həkimlər müğənniyə 3 ay boyunca əlil arabasında gəzməli və ən kiçik stresden belə uzaq durmalı olduğunu söyləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər