Məşhur pop ulduzunun 3-14 sentyabr tarixləri arasında reallaşan 9 konserti bu axşam sona çatır.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 5 min 500 nəfərlik konsert zalına hər gün 7 min 500 adam gəlib. Biletlərin qiyməti 20-210 AZN arasında dəyişib. Tarkan konsertlərdən cəmi 3 milyon 850 min AZN pul qazanıb.
İfaçının səhnə dizaynına 58 min AZN, kostyumlara isə 15 min AZN pul xərcləyib. Konsertlərin hazırlanması üçün 200 adam işləyib. Onların bir qisimi könüllü universitet tələbələri olub.
Qeyd edək ki, pop ulduzun növbəti konserti 29 oktyabrda İstanbul-Dolmabahçada reallaşacaq. Tarkan bu konsertdən də 580 min AZN qazanacaq.